DataLife Engine > Sosial > 2100-dən çox insan xilas edildi -

2100-dən çox insan xilas edildi -


13-09-2018, 14:46. Yerləşdirdi: sefa 2100-dən çox insan xilas edildi -
Bu ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 min 722-dən artıq ümumi müraciət daxil olub. Bu müraciətlərdən 43 min 220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57 min 670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub.

Səhiyyə Nazirliyindən Xalqinfo.az-a bildirilib ki, pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunub. Nazirlik bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayının 2100-dən çox olduğunu bildirib. Bundan başqa Səhiyyə nazirliyi TTYS-na daxil olan müraciətlərin də statistikasını yayımlayıb:

“Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101 min 98, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya 1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16 min 679, hospitalizasiya 11 min 553 olubdur. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.

Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13 min 665, hospitalizasiya olanların sayı isə 8871 nəfərdir. Statistik rəqəmlərə əsasən, 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-yə nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

BŞT və TTYS-nın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2018-ci ilin 8 ayı ərzində 4000-dən çox laborator daşınma icra edilib.

BŞT və TTYS-nin əlavə hazırlıq keçən həkim və orta tibb işçiləri “BMX” Racing növü üzrə dünya çempionatı, Formula yarışları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Xəzəryanı ölkələrin iştirakı ilə beynəlxalq təlimlər, həmçinin 1200-dən artıq beynəlxalq əhəmiyyətli dövlət tədbirləri zamanı zəruri hallarda tədbir iştirakçıları və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər”.
Geri qayıt