DataLife Engine > Sosial > “Vəziyyət əndazədən çıxmağa başlayır” -

“Vəziyyət əndazədən çıxmağa başlayır” -


13-09-2018, 11:43. Yerləşdirdi: sefa “Vəziyyət əndazədən çıxmağa başlayır” - "Saxta mühacirlər sosial şəbəkələrdə bir-birinin ardınca canlı yayımlara çıxararaq Azərbaycan dövlətinə, şəxsən ölkə Prezidentinə təhqiredici çıxışlar edirlər".

Unikal.org xəbər verir ki, bunu aparıcı Turan İbrahimov deyib.

T.İbrahimov uzun müddətdir ki, baş verənləri sosial şəbəkələrdə və ayrı-ayrı youtube kanallarındakı müzakirələri, həmçinin çılğınca, histerik müraciətləri izlədiyini bildirib:

"Doğrudan da vəziyyət getdikcə əndazədən çıxmağa başlayır. Təsirsiz, mənasız əsasən də adekvat cavabsız, bir sözlə cəzasız qalan məlum kamikadzelər əməlli başlı, açıq aşkar xaos tərafdarı olduqlarını bəyan eyməyə başlayıblar. Söhbət xaos dəllallarından, mühacirətdəki virtual personajlardan gedir. Bütün bunları diqqətlə təhlil edəndə yada uğursuz, xalqlara qan, aclıq və xaosdan başqa hec nə gətirməyən "ərəb baharı” adlandırılan məlum proseslər zənciri düşür. Daha dəqiq desək, o proseslərə qədər Liviya və Suriya iqtidar ailələrinə qarşı xaricdən aparılan qaralama kampaniyaları, kütlə zehnini bulandırma və reallıq hissini keyitmə əməliyyatları... Sonrası nə oldu? O oldu ki, Liviya, Suriya viran qaldı! Düşünürəmki sıravi vətəndaşlarımız bunları hər zaman göz önündə tutmalı, avantüralara getməməlidir. Hətta son vaxtlar məlum xaos dəllalları xalqımıza Ermənistanda son baş verən prosesləri də nümunə gətirirlər ki, bu lap məyus edici və qürur əzicidir. Əvvəla, ermənilər içlərində olan, yanlarında duran, önlərində gedən birinin dalınca getdilər, kilometirlərlə uzaqdakı virtual personajların yox. İkincisi isə, Ermənistanda əgər situasiya bu gün hazırkı kimidirsə, deməli bunun üçün real səbəblər, əsaslar var idi və nəticə bu cürdür. Ordakı reallıqları zorla bizim cəmiyyətə sırımaqla, alternativ, mövcud olmayan reallıq yaratmaqla dinc xalq etirazı, yumşaq hakimiyyət dəyişikliyi mümkünlüyü abu-havası yaratmaq olmaz. Hadisələr təbii inkişaf edəndə xalqların xəyal etdiyi müsbət dəyişikliklər baş verir. Kənardan "cərrahi”müdaxilələrlə isə ancaq və ancaq qan-qada, aclq, qaçqınıq-köçkünlük, qeyri-müəyyənlik və hökumət böhranları gəlir. Məhz ətrafımızda, qonşu ölkələrdə baş verən kimi. Ona görə də, məhz bunları dərk etdiyinə inandığım xalqımız qınanıldığı, alçaldıldığı və təhqir edildiyi kimi qalxmırki, qalxmır. Şüuraltı kütlə məntiqi, özünüqoruma İnstinqti işləyir. Çünki kütləvi psixozla qalxanların necə guppultu ilə endiklərini hər gün izləyir. Özü də yerli TV-lərdən yox, məhz xarici TV-lərdən”.
Geri qayıt