DataLife Engine > Sosial > Ovçuluq haqqında növbəti reydlər keçirirlib -

Ovçuluq haqqında növbəti reydlər keçirirlib -


11-11-2014, 13:48. Yerləşdirdi: Esi Ovçuluq haqqında növbəti reydlər keçirirlib - Ekologiya və Təbii Sərvətlər (ETSN) və Daxili İşlər Nazirlikləri “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydləri keçirib.

Xalqinfo.az bildirir ki, anspress-in məlumatına görə, reydlər 07-10 noyabr 2014-cü il tarixlərində keçirilib.

ETSN Mətbuat Xidmətindən verilən məlumata görə, reydlər zamanı Neftçala, Ağcəbədi, Yevlax, Lənkəran ərazisində ümumilikdə 5 naməlum şəxs saxlanılıb. Üzərlərindəki ov silahları, patronlar müsadirə edilib. Həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün rayonlardakı polis şöbələrinə müraciətlər edilib.

Bundan başqa, Ağcəbədi və Goranboy rayonlarında da 3 nəfər saxlanılaraq, üzərlərindəki silahlar və patronlar müsadirə edilib, hər biri 1000 manat məbləğində cərimə olunublar.

Mətbuat xidmətindən o da bildirilib ki, ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən birgə reydlər davam etdirilir.

Geri qayıt