DataLife Engine > Sosial > 2018-də yeni xəstəlik gəlir -

2018-də yeni xəstəlik gəlir -


25-12-2017, 08:20. Yerləşdirdi: sefa 2018-də yeni xəstəlik gəlir -
Dünya Səhiyyə Təşkilatı Xəstəliklərin Beynəlxalq Təsnifatına daha bir xəstəliyi əlavə edə bilər.

Axar.az xəbər verir ki, təşkilat rəsmiləri 2018-ci ildə hazırlayacaqları siyahıya kompüter oyunlarına aludəçiliyi də daxil etmək niyyətində olduqlarını bildiriblər.

Onlar kompüter oyunlarından həddən artıq asılı olmağın “əqli xəstəlik” kimi siyahıda yer alacağını açıqlayıblar.

Mütəxəssislər sözügedən problemin dünyada getdikcə yayıldığını, bəzi insanların gündə 12, hətta 20 saat kompüter oyunu oynadıqlarını xatırladıblar və bunun qarşısının alınmalı olduğunu deyiblər.
Geri qayıt