DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Dövlət başçıları toplanır: İlham Əliyev Moskvaya gedəcək?

Dövlət başçıları toplanır: İlham Əliyev Moskvaya gedəcək?


23-12-2017, 19:58. Yerləşdirdi: sefa Dövlət başçıları toplanır: İlham Əliyev Moskvaya gedəcək?
Dekabrın 26-da MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, sammit Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

Artıq sammitə Özbəkistan Prezidenti Şövkət Mirziyayev qatılacağını açıqlayıb. Digər dövlətlərdən isə hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, MDB-yə hazırda 11 dövlət üzvdür. Azərbaycan da bu ölkələr sırasında yer alıb. Təşkilata keçmiş sovet dövlətlərindən yalnız Baltikyanı ölkələr və Gürcüstan qoşulmayıb.

Ukrayna isə 2014-cü ildən bu yana MDB-nin görüşlərində yalnız səfir səviyyəsində iştirak edir.
Geri qayıt