DataLife Engine > Sosial > Nazirlik bu MMC-nin 35 maşınını satışa çıxardı

Nazirlik bu MMC-nin 35 maşınını satışa çıxardı


23-12-2017, 18:50. Yerləşdirdi: sefa Nazirlik bu MMC-nin 35 maşınını satışa çıxardıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan MMC-lərin balansındakı avtomobilləri satışa çıxarıb. Ümumilikdə hərraca 35 avtomobil təqdim edilib.

Axar.az xəbər verir ki, özəlləşdirməyə təqdim edilən avtomobillər Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nindir. Satışa ancaq 10 ədəd “Man Lion S Classik A-74” və 25 ədəd isə “Daevoo BC212MA” markalı avtmobillər çıxarılıb. Avtomobillər ancaq 2008 və 2009-cu il istehsalı olan maşınlardır.

Avtomonillərin ilkin start qiyməti 25.945 manatdan başlayır. Ən ucuz avtomobil isə 13.715 manatdır.
Geri qayıt