DataLife Engine > Sosial > 10 yaşlı kənd sakini Cəlilabad polisini ayağa qaldırdı

10 yaşlı kənd sakini Cəlilabad polisini ayağa qaldırdı


23-12-2017, 16:02. Yerləşdirdi: sefa 10 yaşlı kənd sakini Cəlilabad polisini ayağa qaldırdıDekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-in “112” Xidmətinə zəng edib “Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, məlumat dərhal DİN-in “102” Zəng Mərkəzi Xidmətinə ötürülüb. Birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edildiyi müəyyən olunub.

Qeyd edək ki, Cəlilabadın Sabirabad və Qarazəncir kəndləri qonşudur.
Geri qayıt