DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Leyla Əliyeva Yeni il şənliyində - Fotolar

Leyla Əliyeva Yeni il şənliyində - Fotolar


22-12-2017, 22:24. Yerləşdirdi: sefa Leyla Əliyeva Yeni il şənliyində - FotolarDekabrın 22-də Zirə Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum, qaçqın və məcburi köçkün ailələrindən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni il şənliyi keçirilib.

“Xalqinfo” AzərTac-a istinadən xəbər verir ki, IDEA İctimai Birliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının da qatıldıqları tədbirdə uşaqlar şənlənib, rəqs ediblər.

Leyla Əliyevanın şənlikdə uşaqlarla əylənməsi, onlarla fotolar çəkdirməsi balacaları daha da ruhlandırıb.

L. Əliyeva uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.

Forum iştirakçıları Leyla Əliyevaya kəlağayı hədiyyə ediblər.

Tədbirdə iştirak edən uşaqlara IDEA İctimai Birliyi tərəfindən Yeni il hədiyyələri təqdim olunub.

Leyla Əliyeva Yeni il şənliyində - Fotolar
Leyla Əliyeva Yeni il şənliyində - Fotolar
Leyla Əliyeva Yeni il şənliyində - Fotolar
Leyla Əliyeva Yeni il şənliyində - Fotolar
Leyla Əliyeva Yeni il şənliyində - Fotolar
Geri qayıt