DataLife Engine > Sosial > Binəqədidə 13 dayanacaq məntəqəsi quraşdırıldı

Binəqədidə 13 dayanacaq məntəqəsi quraşdırıldı


21-12-2017, 19:05. Yerləşdirdi: sefa Binəqədidə 13 dayanacaq məntəqəsi quraşdırıldı
Binəqədidə 13 avtobus dayanacaq məntəqəsi quraşdırılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Nəqliyyat Agentliyi Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə nəzərdə tutulan tədbirlərini yekunlaşdırıb. İlkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib. Əldə edilən nəticəyə uyğun olaraq 13 avtobus dayanacaq məntəqəsi quraşdırılıb ki, onlardan da 10-da yeni pavilyon quraşdırılıb. Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub.

Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdə yoldan dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə yolda 21 ədəd eyni səviyyəli piyada keçidi təşkil edilib.

İşlər “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ilə birgə həyata keçirilib.

Binəqədidə 13 dayanacaq məntəqəsi quraşdırıldı
Geri qayıt