DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Yenilənib

Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Yenilənib


21-12-2017, 16:32. Yerləşdirdi: sefa Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Yenilənib
Bakı Dəmir Yolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yalandır.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirova deyib ki, yalnış məlumat verən şəxs barədə hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görüləcək.

***

“Bakı Vağzalının binasına bomba qoyulması ilə bağlı məlumatın yanlış çıxma ehtimalı da var. Sadəcə bunun hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən təsdiqlənməsini gözləyirik”.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirova hələlik axtarışların dava etdiyini açıqlayarkən, bütün qatar reyslərinin də təxirə salındığını vurğulayıb.

Fövqəladə Hallar Nazirliyi də olayla bağlı məlumat yayıb. Məlumatda deyilir:

"Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir.
Geri qayıt