DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Uşağın cinsini qabaqcadan təyin etməyə icazə verilməyəcək - Azərbaycanda

Uşağın cinsini qabaqcadan təyin etməyə icazə verilməyəcək - Azərbaycanda


19-12-2017, 18:17. Yerləşdirdi: sefa Uşağın cinsini qabaqcadan təyin etməyə icazə verilməyəcək - AzərbaycandaAzərbaycanda uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanunda qeyd edilib.

Qanun layihəsində bildirilib ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Qanun layihəsində kommersiya, hərbi və sənaye məqsədilə insan embrionunun istifadəsi qadağan edilir.

Qanun layihəsi Milli Məclisin payız sessiyasının işlər planına daxil edilib.
Geri qayıt