DataLife Engine > Sosial > Azərbaycan bu il 8934 dəfə silkələndi -

Azərbaycan bu il 8934 dəfə silkələndi -


19-12-2017, 17:57. Yerləşdirdi: sefa Azərbaycan bu il 8934 dəfə silkələndi -
Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib.

Axar.az xəbər verir ki, AMEA Yer Elmləri bölməsinin akademik-katibi Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA nəzdində RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib.

İllik hesabatı Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. Q.Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında danışarkən bildirib ki, 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınıb. Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 78 zəlzələ qeydə alınıb ki, onlardan 26-sı hiss olunub.

Hesabat ili ərzində ən güclü hadisə Ağdam ərazisində baş verib. 15 noyabrda yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Geri qayıt