DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > “Grand Hospital”da əməliyyat zamanı daha bir ölüm

“Grand Hospital”da əməliyyat zamanı daha bir ölüm


19-12-2017, 11:43. Yerləşdirdi: sefa “Grand Hospital”da əməliyyat zamanı daha bir ölümBakıda daha bir klinikada ölüm olub.

Xalqinfo.az xəbər verir ki, Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Grand Hospital”da qeydə alınıb. Ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Qasımov Nurağa Hüseynağa oğlu əməliyyatdan sonra dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl dekabrın əvvəlində sözügedən klinikada 20 yaşlı qız əməliyyat zamanı komaya düşərək vəfat etmişdi.
Geri qayıt