DataLife Engine > Sosial > Azərbaycandakı əcnəbi tələbələrin çoxu Türkiyə və Rusiyadan gəlir –

Azərbaycandakı əcnəbi tələbələrin çoxu Türkiyə və Rusiyadan gəlir –


6-11-2014, 15:22. Yerləşdirdi: Esi Azərbaycandakı əcnəbi tələbələrin çoxu Türkiyə və Rusiyadan gəlir –“Azərbaycandan xaricə ali təhsil almağa gedənlər əsasən Böyük Britaniya və ingilis dilli ölkələrə üz tuturlar”.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Həsən Həsənli bildirib.

Sektor müdiri vurğulayıb ki, eyni zamanda xeyli azərbaycanlı gənc ingilis dilində tədris həyata keçirən Türkiyəyə məktəblərinə də üz tuturlar. “Burada xüsusilə tibb üzrə təhsil alan rezidentləri qeyd etmək olar. Onların sayı 65 nəfərdir və onlar rezidentura üzrə təhsil almaq üçün Türkiyəni seçiblər.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda hər zaman texniki sahə üzrə kadrların hazırlığı yüksək səviyyədə olub və bu da xaricilərin diqqətini çəkib: “Xaricdən Azərbaycan Neft Akademiyasına kifayət qədər tələbələr üz tutur. Azərbaycanda pedaqoji sahədə də təhsil almağa gələn əcnəbi tələbələr çoxdur”

H. Həsənlinin sözlərinə görə, ölkəmizdə təhsil almağa gələn tələblərin əksəriyyəti Türkiyə və Rusiyadandır.
Geri qayıt