DataLife Engine > Sosial > Hadi Rəcəblidən gözdən əlillərə müjdə:

Hadi Rəcəblidən gözdən əlillərə müjdə:


18-12-2017, 13:08. Yerləşdirdi: sefa Hadi Rəcəblidən gözdən əlillərə müjdə:
Əmək və Sosial siyasət komitəsi I qrup gözdən əlillərin təhsil haqqından azad edilməsi ilə bağlı layihənin üzərində işləyir.

Oxu.Az-a bu barədə komitənin sədri Hadi Rəcəbli məlumat verib.

H.Rəcəblinin sözlərinə əsasən, hazırda sözügedən layihənin maliyyə yükü müəyyənləşdirilir.

“Hal-hazırda şöbəmizdə hansı ali təhsil mərkəzində neçə gözdən əlil tələbənin təhsil alması ilə bağlı informasiya toplanılır. Tələbələrin sayı, ünvanı müəyyən olunduqdan sonra layihənin maliyyə yükü dəqiqləşdiriləcək. Bundan sonra layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”, - deyə komitə sədri bildirib.

H.Rəcəbli layihə ilə bağlı problemlərin yaranacağı deyib.

“Sözügedən layihə qəbul olunduğu halda, digər qrup əlillərlə bağlı problem yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, gözdən əlillərin imkanları daha məhduddur. Ona görə də biz hazırda bu layihəni I qrup əlillərə şamil etmək istəyirik”, - deyə komitə sədri bildirib.
Geri qayıt