DataLife Engine > Sosial > 52 yaşlı kişi spirtli içkidən komaya düşdü

52 yaşlı kişi spirtli içkidən komaya düşdü


15-12-2017, 07:49. Yerləşdirdi: sefa 52 yaşlı kişi spirtli içkidən komaya düşdü
Tovuzda spirtli içkidən zəhərlənmə baş verib.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Cəlilli kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu spirtli içkidən zəhərlənib. Nəticədə o, komaya düşüb.

X. Cəfərov komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Geri qayıt