DataLife Engine > Sosial > Lerikdə 12 yaşlı uşaq faciəvi şəkildə ölüb

Lerikdə 12 yaşlı uşaq faciəvi şəkildə ölüb


14-12-2017, 20:09. Yerləşdirdi: sefa Lerikdə 12 yaşlı uşaq faciəvi şəkildə ölüb
Lerik rayonunda xizəklə sürüşən 12 yaşlı uşaq inəklə toqquşaraq ölüb.

Xalqinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub. Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.
Geri qayıt