DataLife Engine > Sosial > Universitetlərimizdə 18 gözdən əlil tələbə təhsil alır –

Universitetlərimizdə 18 gözdən əlil tələbə təhsil alır –


14-12-2017, 19:59. Yerləşdirdi: sefa Universitetlərimizdə 18 gözdən əlil tələbə təhsil alır – “Azərbaycan universitetlərində 18 gözdən əlil tələbə təhsil alır. Onlara yardım olunmalıdır”.

Xalqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Deputat bildirib ki, həmin tələbələr təhsil haqqından azad olunmalıdır.

“Bir neçə gün öncə, qəbulumda iki tələbə vardı. Onlar Azərbaycan Milli Konsevatoriyasında təhsil alırlar.

Təhsil haqları 2 min manatdır. Hesab edirəm, belə qrup insanlara köməklik olunmalıdır. Bu istiqamətdə danışıqlar aparılır”.

Geri qayıt