DataLife Engine > Sosial > Sürücülərə xəbərdarlıq:

Sürücülərə xəbərdarlıq:


12-12-2017, 17:20. Yerləşdirdi: sefa Sürücülərə xəbərdarlıq:
Dekabrın 13-ü səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində (prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Xalqinfo.az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli bildirib ki, məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.
Geri qayıt