DataLife Engine > Sosial > Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq


12-12-2017, 14:28. Yerləşdirdi: sefa Sabah Bakıda yağış yağacaqSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xalqinfo.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə isə dekabrın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
Geri qayıt