DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Neft Daşlarında neftçi neftçini öldürdü

Neft Daşlarında neftçi neftçini öldürdü


12-12-2017, 14:15. Yerləşdirdi: sefa Neft Daşlarında neftçi neftçini öldürdüDekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

SOCAR-dan verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Geri qayıt