DataLife Engine > Sosial > Tələbələr pul qabı tapdı, daha sonra sahibini tapdılar -

Tələbələr pul qabı tapdı, daha sonra sahibini tapdılar -


8-12-2017, 08:38. Yerləşdirdi: sefa Tələbələr pul qabı tapdı,  daha sonra sahibini tapdılar - Xanim jurnalist Jalə Məmmədova "Facebook"da maraqlı status yazıb.

Xalqinfo.az xəbər verir ki, Jalə Məmmədova yazır ki, dünən səhər-səhər maaş kartını və içində xeyli miqdarda pul olan pulqabını itirib:

"Çox pis idim. Bu gün bu qardaşlar zəng edib, pul qabını "28 May" ətrafında tapdığını dedilər. Kartımın üzərində adım yazılıb, gediblər bankdan telefon nömrəmi tapıblar.
Bakı Slavyan Universitetinin ikinci kurs tələbələridir. Nə yaxşı ki, belə insanlar var. Dünyanı gözəlləşdirən adam kimi adamlar" .

Gördüyünüz bu şəkili Jalə Məmmədova pul qabını tapıb qaytaran tələbələrlə çəkdirib.
Geri qayıt