DataLife Engine > Sosial > Azərbaycanda 356 növ dolma var

Azərbaycanda 356 növ dolma var


6-12-2017, 13:35. Yerləşdirdi: sefa Azərbaycanda 356 növ dolma var
"Azərbaycanın rayonlarından, kəndlərindən insanlar bizə 356 dolma resepti təqdim edib".

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib.

O bildirib ki, birinci dolma festivalına qədər Azərbaycanda 20-30 dolma növü olduğu güman edilirdi: "Əlbəttə ki, dolmanın icmalarda daimi bişirilən, yalnız ailələrdə hazırlanan və bəzi rayonlara aid olan növləri var".

Azərbaycanda 356 növ dolma var

T.Əmiraslanovun sözlərinə görə, indiyə qədər ümumilikdə Azərbaycan mətbəxinə aid dörd minə yaxın ayrı-ayrı xörək növləri müəyyənləşib və onlarla bağlı məlumatlar toplanılıb.

O, bir neçə il əvvəl yemək sahəsində patentləşdirmə ilə bağlı Patent və Əmtəə Nişanları Mərkəzinə müraciət etdiklərini bildirib: "İlk olaraq ləvəngini, qutabı yeni bir məhsul kimi patentləşdirdik. Bu il təcrübə üçün pilot layihə kimi 10 dolma növünün ərazi üzrə patentləşdirilməsi üçün sənədləri təqdim etmişik. Bunun üçün alimlərdən, mütəxəssislərdən ibarət yeni komissiya yaradılıb. Bu patentin maliyyəsini Mədəniyyət və Turizm Nazirliyi ödəyir. Bu sahədə ölkədə böyük işlər gedir. Biz artıq topladığımız bəzi nümunələri modernləşdirib restoran biznesinə gətirmişik".
Geri qayıt