DataLife Engine > Sosial > Elmar Vəliyev səfirlə görüşdü

Elmar Vəliyev səfirlə görüşdü


4-12-2017, 17:18. Yerləşdirdi: sefa Elmar Vəliyev səfirlə görüşdüGəncə icra başçısı Elmar Vəliyev Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxil olan məlumata görə, icra hakimiyyətinin başçısı səfiri Nizami yurdunda salamlayaraq, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu səmimi qarşılandıqlarına görə öz minnətdarığını bildirib. Nizami yurdunda sənayedə olan dinamiklikdən söz açan səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşlıqlı əməkdaşlıq, yüksək texnologiyalar, sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Bildirək ki, Gəncəyə səfəri çərçivəsində nümayəndə heyəti Gəncənin gəzməli-görməli yerlərinə də səfər edib, xoş təəssüratlarını dilə gətiriblər.

Elmar Vəliyev səfirlə görüşdü
Geri qayıt