DataLife Engine > Sosial > Paytaxtda ən böyük qəbiristanlıq dolub -

Paytaxtda ən böyük qəbiristanlıq dolub -


30-11-2017, 20:15. Yerləşdirdi: Tural Paytaxtda ən böyük qəbiristanlıq dolub - “Bakıda sahəsinə görə ən böyük qəbiristanlıq aşağı Qurd Qapısı qəbiristanlığıdır”.
Bunu Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, sahəsinə görə böyük qəbiristanlıqları müəyyən etmək olsa da, həmin yerdəki qəbirlərin sayını demək mümkün deyil:


“Bizim trestə 32 qəbiristanlıq daxildir. Bunlar 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı“ adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır.

Qəbiristanlıqlarda nə qədər qəbirin olması ilə bağlı say demək mümkün deyil. Çünki elə qəbiristanlıq var ki, qədim tarixə malikdir. Məsələn, Yasamal qəbiristanlığı 1940-cı illərdə salınıb. Bu baxımdan oradakı qəbirlərin sayı məlum deyil. Həmçinin ən qədim qəbiristanlıq da Yasamal qəbiristanlığıdır”.

S.Həsənov qeyd edib ki, Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti yalnız quruma daxil olan qəbiristanlıqlara cavabdehdirlər:

“Bakıda nə qədər qəbiristanlığın olduğunu deyə bilmərəm. Onların bəziləri bələdiyyələrə tabedir. Məsələn, Zirə, Novxanı, Fatmayi qəbiristanlıqları bizə tabe deyil.

Ümumiyyətlə, şəhərin mərkəzindəki qəbiristanlıqlarında çox sıxlıqdır. Yasamal qəbiristanlığında isə yer demək olar ki, yoxdur. Bu, həm də onunla izah olunur ki, sözügedən ərazi köhnə qəbiristanlıqdır. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq olar. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi qəbiristanlıqlarında boş ərazi tapmaq mümkündür".
Geri qayıt