DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Kreditlə tətil: 5 gün istirahət et, 24 ay pulunu ödə - Video

Kreditlə tətil: 5 gün istirahət et, 24 ay pulunu ödə - Video


25-11-2017, 23:21. Yerləşdirdi: sefa Kreditlə tətil: 5 gün istirahət et, 24 ay pulunu ödə - Video
Təsəvvür edin, 5 günlük istirahət üçün iki il kredit ödəməli olursunuz. Maraqlıdır ki, istirahətə görə kredit alanların sayı kifayət qədərdir.

Xalqinfo.az "Xəzər xəbər"ə istinadla xəbər verir ki, istənilən qiymətə hər hansı bir ölkəyə səyahət üçün turpaket götürür, ödənişini kreditlə həyata keçirirsən. Bir çox turizm şirkəti müştəri cəlb etmək üçün müxtəlif kredit kampaniyaları təşkil edir.

Son zamanlar xüsusilə xarici ölkələrə turist səfərlərinə marağın artması turizm şirkətlərini hərəkətə keçirib. Kreditli səyahət paketinin üzərinə əlavə faiz gəlməsinə baxmayaraq, belə kampaniyalara maraq az deyil.

Bundan əlavə, istirahətə getməzdən 6 ay qabaq da turpaket alanlar var ki, onlara hissə-hissə ödəmə imkanı verilir. Amma bu zaman turun ödənişini istirahətə gedən günə qədər tamamlamaq tələb olunur.

Ancaq kreditlə turpaket alanlara cəmiyyətdə münasibət birmənalı deyil.

Təkliflər nə qədər cəlbedici olsa da, ayağı yorğana görə uzatmaq daha yaxşı olardı. Əks halda 5 günlük istirahətin borcunu aylarla, hətta illərlə ödəməli olarsınız.


Geri qayıt