DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Bakıda torpaq altında qalan fəhlə xilas edildi - Yenilənib

Bakıda torpaq altında qalan fəhlə xilas edildi - Yenilənib


17-11-2017, 21:10. Yerləşdirdi: sefa Bakıda torpaq altında qalan fəhlə xilas edildi - Yenilənib
Paytaxtın Zığ qəsəbəsində torpaq uçqunu olub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Xalqinfo.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib.

Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb.

Hazırda xilasetmə işləri davam etdirilir.

***

APA-nın xəbərinə görə, Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə Əmirəhməd Bağırzadə torpaq altından çıxarılıb. O, xəstəxanaya göndərilib.
Geri qayıt