DataLife Engine > Sosial > Bakıda itkin düşən xeyriyyəçi qız tapılıb - Yenilənib + Foto

Bakıda itkin düşən xeyriyyəçi qız tapılıb - Yenilənib + Foto

2-11-2017, 23:46. Yerləşdirdi: sefa Bakıda itkin düşən xeyriyyəçi qız tapılıb - Yenilənib + Foto
Bu gün günorta saatlarında yaxınlarına vida məktubu yazaraq itkin düşən 27 yaşlı Nigar Bayramlı tapılıb.

Xalqinfo.az-ın xəbərinə görə, hazırda N.Bayramlı evdə, yaxınlarının yanındadır, ona psixoloji yardım göstərilir.

***

Paytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.

“Xalqinfo”nun 1news.az-a istinadən verdiyi məlumata görə, onu sonuncu dəfə “28 may” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti “102” və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.

Geri qayıt