DataLife Engine > Sosial, MANŞET > Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar

Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar


20-10-2017, 13:04. Yerləşdirdi: sefa Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponiyanın Komatsu şəhərinin nümayəndə heyəti Bakıda səfərdədir.

Xətai rayon icra hakimiyyətindən daxil olan xəbərə görə, heyətə şəhərin meri Şinci Vada, şəhər şurasının sədri Toşikazu Umeda, Komatsu Universitetinin prezidenti, Kanazava Universitetinin müşaviri Hiroşi Yamamoto, Komatsu şəhərinin beynəlxalq əlaqələr üzrə müşaviri, Kanazava Universiteti qlobal işlər üzrə professorunun xüsusi təyin olunmuş köməkçisi Aida Məmmədova, Komatsu şəhəri beynəlxalq təşviq şöbəsinin baş direktoru Katsuşi Fuci və şöbənin əməkdaşı Natsumi Yadadan daxildir. Qonaqlar Yaponiyanın paytaxtı Tokionun Seteqaya prefekturası ilə dostluq münasibətlərində olan Bakının Xətai rayonunda da olublar.

Nümayəndə heyətini Xətai rayon İcra Hakimiyyətinin başçısı Razım Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və rayonun bir çox vəzifəli şəxsləri qarşılayıb. Görüşdən sonra qonaqlar rayonun bir çox yerlərini gəzib və sonda Heydər Əliyevin adını daşıyan parka gəliblər. Nümayəndə heyətinin üzvləri əvvəlcə abidəni ziyarət ediblər.

Parkda qonaqların diqqətini daha çox çəkən burada salınmış “Yapon bağı” olub. İcra Hakimiyyətinin başçısı qonaqlara məlumat verib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Yaponiyanın tariximizdə öz yeri var. Bu il iki dövlət arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinin tamam olduğunu və bu illər ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan R.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev Yaponiya ilə səmimi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verir.

İcra başçısı deyib ki, dövlət başçısının xarici siyasətinin təzahürü kimi, Xətai rayonunun nümayəndə heyətinin 2016-cı ilin sonunda Yaponiyaya səfəri barədə də təəssüratlarını bölüşdü və bildirdi ki, nümayəndə heyətimizin üzvlərinin qısa müddətdə Yaponiya hökumətinin, Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə çox maraqlı görüşləri oldu.

R.Məmmədov qeyd edib ki, qonaqların tanış olduğu, artıq Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzinə çevrilmiş “Yapon bağı” gündoğar ölkənin bütün dünyada bağçılıq sahəsində tanınan “Kosugi Zohen Co.LTD” şirkəti ilə işgüzar əlaqələrin sayəsində yaradılıb. Rayonun ən möhtəşəm parklarından biri olan Heydər Parkında “Yapon bağı” salınmasının bir rəmzi mənası da xalqımızın ümummilli liderinin, bu gün bütün dünyada gerçəkləşməsi naminə böyük işlər görülən Böyük İpək Yolunun bərpasının təşəbbüskarlarından olan Heydər Əliyevin Asiya ölkələrinə, xüsusilə Yaponiyaya olan marağından irəli gəlir.

Komatsu şəhərinin meri Şinji Vada səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, reginon lider dövləti Azərbaycanın paytaxtında, bu möhtəşəm şəhərdə, həm də dünya şöhrətli bir siyasət adamının adını daşıyan parkda “Yapon bağı”nı görmək bizi son dərəcə məmnun etdi. Bu həqiqətən Azərbaycanın, onun dövlət başçısının Yaponiyaya olan dostluq münasibətlərinə, iki ölkə arasında əməkdaşlığa və ikitərəfli əlaqələrə nə qədər böyük dəyər verildiyini göstərən faktdır.

Mer Şinji Vada qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Bu səfər zamanı gördük ki, bu kiməsə xoş gəlmək üçün deyilən sözlər deyil. Bakı həqiqətən çox möhtəşəm şəhərdir. Buradaki binalar, idman kompleksləri doğurdan da insanı valeh edir. Azərbaycanın sürətli inkişafı paytaxtla yanaşı bölgələrdə də özünü göstərir. “Şübhəsiz, bu inkişaf və tərəqqi ölkənizin prezidenti cənab İlham Əliyevin böyük əməyi və dərin zəkası sayəsində mümkün olmuşdur”.

Şinji Vada sonda onu da diqqətə çatdırdı ki,gələn ildən iki ölkə arasında gənclərin dostluq əlaqələrinin inkişarfı və təcrübə mübadilsəi məqsədilə müxtəlif layihələr həyata keçiriləcək.

Səfərdə iştirak edən Komatsu Universitetinin prezidenti Hiroşi Yamamoto da Bakı haqda danışıb: “Mən ilk dəfədir ki, Azərbaycandayam. Bakı çox gözəldir. Özümü yad hiss etmədim. Mehriban insanlar, şəhərin abu-havası məni darixmağa qoymadı. Düşünürəm, öz tələbələrimə Azərbaycanla bağlı geniş məlumatlar çatdırım ki, onlar da gəlib tarixiliklə müasirliyin qovuşduğu bu möhtəşəm şəhəri, ecazkar ölkənizi görsünlər”.

Sonra yaponiyali qonaqlar parka, Heydər Əliyevin və İlham Əliyevin parkda əkdikləri ağaclara baxıblar. Qonaqlara məlumat verildi ki, parkın əsası Heydər Əliyev tərəfindən qoyulub. Burada dünyanın müxtəlif ölkələrindən gətirilən yüzlərlə ağac növü var.

Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Yaponlar Xətai rayonunu gəzdilər - Fotolar
Geri qayıt