DataLife Engine > Sosial > Bir gecədə iki ev yandı

Bir gecədə iki ev yandı


28-10-2014, 11:09. Yerləşdirdi: Esi Bir gecədə iki ev yandı Göygöl rayonu, Üçtəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyalar 35 kv.m sahədə yanıb.

“qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Ağcabədi rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan 1 mərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt