DataLife Engine > Sosial, Din > Aşura yüksək səviyyədə keçiriləcək -

Aşura yüksək səviyyədə keçiriləcək -


22-09-2017, 12:24. Yerləşdirdi: sefa Aşura yüksək səviyyədə keçiriləcək -
"Qafqaz Müsəlmanları İdarəsinin Aşura tədbirləri bağlı fətvası var və bu fətva kütləvi informasiya vasitələrində yayılıb. Həmin fətvada irəli sürülən bütün mərasimlər məscidlərdə həyata keçiriləcək".

Xalqinfo.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən deyilən fikirlər əsasında həyata keçiriləcək.

"Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var. Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək.

Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib - edilməməsi haqqında məlumatlanmaqdır".

Geri qayıt