DataLife Engine > Sosial, MARAQLI > Üzüyü barmağından çıxara bilmədi -

Üzüyü barmağından çıxara bilmədi -


13-09-2017, 10:58. Yerləşdirdi: sefa Üzüyü barmağından çıxara bilmədi -
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən qeyri-adi problem üçün kömək istənilib. Belə ki, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

Modern.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat ötən gecə saat 01:24-də başa çatıb.
Geri qayıt