DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > İndi sən heç görmürsən?” sualını verənlər öncə bu xəbəri oxusun

İndi sən heç görmürsən?” sualını verənlər öncə bu xəbəri oxusun

10-09-2017, 11:32. Yerləşdirdi: sefa İndi sən heç görmürsən?” sualını verənlər öncə bu xəbəri oxusun
Xüsusilə, optik eynək istifadə edənlərin sıx-sıx eşitdiyi bir sual var: “İndi sən heç görmürsən?” …

Publika.az xəbər verir ki, görmə duyğusunun vəziyyəti insanın müxtəlif fizioloji və bioloji xüsusiyyətlərindən asılıdır.

Görmə qabiliyyətində fərqlilikləri olan insanları anlamaq və yuxarıda qeyd etdiyimiz sualı aydınlaşdırmaq üçün görmə duyğusunun bir neçə vəziyyətini təqdim edirik.

1. Görmə qabiliyyəti normal olan insan qarşısındakı mənzərəni məhz belə görür.

2. Dünyanı bu cür görənlərin isə gözlərində miyob problem var. Miyob uzağı görməmək qüsurudur. Bu zaman əşyalardan çıxan işıq göz almazının dibində deyil, daha qabaqda əks olunur və görüntü pozuqluğu yaranır. Bu problem, adətən, məktəb vaxtlarında ortaya çıxır.

3. Hipermetropiya

Hipermetropiya uzaqdan görmə deməkdir. Bu durum 40 yaşından sonra normal fizioloji prosesdir. Bu yaşda olan qadın və kişilər yaxından görə bilməməkdən şikayət edirlər. Bu yaşdan sonra maddələr mübadiləsi zəifləyir, büllurun şəffaflığı azalır və o, öz qabarıqlığını dəyişə bilmir. Büllur görmə aktında iştirak edən xüsusi linzadır. O, öz qabarıqlığını dəyişə bilmədikdə yaxından zəif görmə problemi yaranır.

4. Nisbi korluq

Bu durum kəskin işıqların gözə birbaşa təmas etməsi zamanı yaranır. Nisbui korluğu olan insan rəngləri və işığı seçə bilir, ancaq gördüyü hər şeyin önündə bir fon olur. Nisbi korluq keçici və qalıcı ola bilər. Görməsində belə problem yaranan insanlar müalicə alsalar da, çox zaman gözlər bu müalicəyə müsbət cavab verə bilmir.

5. Görmə qabiliyyətinin itirilməsi

Görmə qabiliyyətini itirən insanlar sadəcə əşyalardan gələn işığı seçə bilirlər. onlarda rəng və forma refleksiyası yox dərəcəsindədir.

6. Tam korluq

Bu zaman insan gözü və ona aid olan bütün orqanlar tamamilə fəaliyyətsiz olur.

7. Çox insana maraqlı olan “yeni doğulmuş bir körpə dünyanı necə görür” sualının cavabı isə bu fotodadır.

Geri qayıt