DataLife Engine > Sosial, MANŞET > Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib


20-08-2017, 14:30. Yerləşdirdi: sefa Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib.

Xalqinfo”nun məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.

***

Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib
Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir. Layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə mərkəzin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Mərkəzin binasında yaradılmış stendlərdə Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotolar yer alıb. “Azərişıq” ASC-nin sədri Baba Rzayev mərkəz barədə dövlətimizin başçısına məlumat verib.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Bildirilib ki, bu layihənin icrası ilə alçaq gərginlikli və yüksək gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, sayğacların göstəricilərinin on-line rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısının alınması təmin olunacaq.

Prezident İlham Əliyevə respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət layihəsi də təqdim olunub. Dövlət başçısı sistemi işə salıb.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Şəmkir şəhər elektrik şəbəkəsinin tamamilə yenidən qurulması və şəbəkənin avtomat idarəetmə və nəzarət layihəsi tam hazır vəziyyətə gətirilib, həmçinin Şəmkir Elektrik Şəbəkəsinin yeni ofis binasında bu prosesin aparılması üçün bütün şərait yaradılıb. Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin yeni binasında işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet də var.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Prezident İlham Əliyevə Şəmkir Elektrik Şəbəkəsində son illərdə görülən işlər barədə də məlumat verilib. Son iki il yarım ərzində şəbəkənin xidməti ərazisində bir sıra vacib işlər görülüb. Rayon mərkəzi, şəhər tipli 4 qəsəbə, 61 kənddən ibarət olan, ümumilikdə 52100 abonentə və bununla da 210 mindən artıq əhaliyə xidmət edən Şəmkir Elektrik Şəbəkəsində köhnə tipli transformator məntəqələri yeniləri ilə əvəz edilib. Ümumilikdə, Şəmkir Elektrik Şəbəkəsinin qoyuluş gücü 35 MVA artırılıb. Ümumilikdə, “Azərişıq” ASC dövründə Şəmkir Elektrik Şəbəkəsində 16 kilometr uzunluğunda 35 kV-luq, 126 kilometr uzunluğunda 6-10 kV-luq, 130 kilometr uzunluğunda 0,4 kV-luq xətlər yenidən qurulub. Həmçinin istismara yararsız 5504 sayğac dəyişdirilib, 1846 yeni sayğac quraşdırılıb.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

***

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyevŞəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub.

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Dövlət başçısına səyyar hospital barədə məlumat verilib. 2013-cü ilin iyun ayının 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında açılaraq dövlətimizin başçısına təqdim edilən bu Mobil Səhra Cərrahiyyə Hospitalı Silahlı Qüvvələrə təhvil verildiyi gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərib, 2016-cı ilin aprel döyüşlərində yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirilib. Hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Həmçinin hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gətirilməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, mətbəx, hamam və sanitar qovşaqla təchiz olunub. Bütün konteynerlərdə və çadırlarda işıq, mərkəzləşdirilmiş havalandırma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılıb. Mobil Səhra Cərrahiyyə Hospitalının tam həcmdə fəaliyyəti üçün 25 nəfər həkim və digər hərbi qulluqçular, ümumilikdə 88 nəfər nəzərdə tutulub.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

***

İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib

Məlumat verilib ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir.

Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək. Satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək.

Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşüb.

Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib
Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib
Prezident “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında - Fotolar+ Yenilənib



Geri qayıt