DataLife Engine > Sosial > Mingəçevirdə kütləvi zəhərlənmə

Mingəçevirdə kütləvi zəhərlənmə


16-07-2017, 20:41. Yerləşdirdi: sefa Mingəçevirdə kütləvi zəhərlənmə
Dördü azyaşlı, biri hamilə qadın olmaqla 6 nəfər yaxın qohum zəhərlənmə keçirib.

Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Mingəçevirin “Şəfa” bağ massivində qeydə alınıb. Elə zəhərlənən qohumlar da bu ünvanda yaşayır.

İlkin məlumata görə, bir süfrədə qarpız, yemiş, kətə yeyib “Cansu” içən qohumlar ağır zəhərlənmə keçirərək təcili xəstəxanaya çatdırılıb. Zəhərlənən şəxslərdən beş nəfərinin adı məlumdur.

2008-ci il təvəllüdlü Mustafazadə Aytac Sadiq qızı
2009-cu il təvəllüdlü Mustafazadə Səbinə Sadiq qızı
2010cu il təvəllüdlü Məmmədzadə Vüsalə Vüsal qızı
2013-cü il təvəllüdlü Məmmədzadə Uğur Vüsal oğlu
1990-cı il təvəllüdlü Məmmədova Aytən Mismir qızı

Azyaşlıların dördü də uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Aytən Məmmədovaya Təcili yardım şöbəsində gərəkli tibbi yardım göstərilib. Nəslin adı hələ müəyyənləşməmiş gənc hamilə gəlini isə ginekologiya şöbəsinə göndərilib. Əldə olunan məlumata görə, A.Məmmədovanın və hamilə xanımın durumu stabilləşib, uşaqların müalicəsi isə reanimasiya şöbəsində davam edir. (report)
Geri qayıt