DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Nazirlik araşdrma apardı - Ağacı kəsən məmur imiş...

Nazirlik araşdrma apardı - Ağacı kəsən məmur imiş...


13-07-2017, 10:03. Yerləşdirdi: sefa Nazirlik araşdrma apardı - Ağacı kəsən məmur imiş...
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumatda bildirilib.

Aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar kolunun qanunsuz kəsildiyi aşkar edilib.

Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan tərəfindən ərazidə yaşıllıq olub-olmaması nəzərə alınmalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır. Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır.

Nazirlik araşdrma apardı - Ağacı kəsən məmur imiş...
Nazirlik araşdrma apardı - Ağacı kəsən məmur imiş...
Geri qayıt