DataLife Engine > Sosial, Din > İcazəsiz kəbin kəsən mollalar necə cəzalandırılır?

İcazəsiz kəbin kəsən mollalar necə cəzalandırılır?


21-06-2017, 13:11. Yerləşdirdi: Leyla İcazəsiz kəbin kəsən mollalar necə cəzalandırılır?
Vətəndaşlar rəsmi nikaha girdikdən sonra əgər din xadiminə müraciət edərək həmin icdivacı dini qaydalarla rəsmiləşdirmək istəyirsə, bu halda nikahın bağlandığını təsdiqləyən dövlət sənədi olmalıdır.

Xalqinfo.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalsitlərə açıqlamasında bildirib.

M.Qurbanlı deyib ki, bu sənəd olmadan din xadiminin bu nikahı din adı altında təsdiq etməsi tam qanunsuzdur:

“Əgər din xadimi rəsmi şəxsdirsə, o, dərhal işdən azad olunur, cəzalandırılır, əgər din ilə qeyri-rəsmi məşğul olan adamdırsa, o, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilir”.

Komitə sədri deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin təyinatı olmadan fəaliyyət göstərən hər hansı şəxsin törətdiyi əməllər Azərbaycanda din adına və dini təşkilatların, dini qurumların adına yazılmamalıdır:

“Yalnız QMİ tərəfindən təyinat almış və rəsmi olaraq fəaliyyət göstərmək icazəsi olan şəxsin dini ayinləri, dini mərasimləri həyata keçirmək icazəsi var. Qalan şəxslərin bu və ya digər dini ayinlər icra etməsi qanunsuzdur”.
Geri qayıt