DataLife Engine > Sosial > Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı


3-05-2017, 20:45. Yerləşdirdi: sefa Qəbul imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin Azercell mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Geri qayıt