DataLife Engine > Sosial > Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlanıb

Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlanıb


3-05-2017, 12:31. Yerləşdirdi: Leyla Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlanıb
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək.

Xalqinfo.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər.

Qeyd edək ki, builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Birnəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub.

Leyla Həsənova
Geri qayıt