DataLife Engine > Sosial, Mədəniyyət > Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi


28-04-2017, 17:53. Yerləşdirdi: sefa Əməkdar artist xəstəxanaya yerləşdirildi
Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xalqinfo.az-ın telegraf.com-a istinadən verdiyi məlumata görə, Əməkdar artist səhhəti haqda özü məlumat verib:

“Axşam saat 2 radələrində özümü pis hiss etdim və “təcili yardım” vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacağam. İnsult keçirməmişəm”.

Aktyor xəstəliyinin işi ilə bağlı olmadığını deyib: “İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”.
Geri qayıt