DataLife Engine > Sosial, MARAQLI > Uşaqlarda piylənmənin qarşısını necə almaq olar?

Uşaqlarda piylənmənin qarşısını necə almaq olar?


25-04-2017, 02:28. Yerləşdirdi: sefa Uşaqlarda piylənmənin qarşısını necə almaq olar?
ABŞ-ın Ohayo ştatının alimləri 2000-2002-ci il təvəllüdlü 11 min uşağı gündəlik rejimini təhlil ediblər.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun əsasında alimlər gündəlik rejimin düzgün bölgüsünün uşaqlarda piylənmənin qarşısını aldığını müəyyən ediblər.


Müəyyən olunub ki, yuxu, yemək rejiminə düzgün riayət edən, telıevizor qarşısında 30 dəqiqədən az vaxt keçirən uşaqlar piylənmədən daha az əziyyət çəkib və emosiyalarına hakim ola biliblər. Emosiyalarını idarə eə bilməyən uşaqların isə daha çox artıq çəkidən əziyyət çəkənlər arasında olduğu aydınlaşıb.


Uşaq yaşlarında hər gen eyni vaxtda yatmayan uşaqlar 11 yaşları olarkən daha artıq çəkiyə malik olublar. Emosional problemli uşaqlar da 11 yaşında piylənmədən daha çox əziyyət çəkib.


Bununla da, gündəlik fəaliyyət rejiminin artıq çəki və emosional problemlər məsələsində müəyyən rol oynadığı dəqiqləşib.


Geri qayıt