DataLife Engine > Sosial > Sərnişinlər gecə metroda qaldı

Sərnişinlər gecə metroda qaldı


27-09-2014, 00:06. Yerləşdirdi: Tural Sərnişinlər gecə metroda qaldı
Bakı metropliteninin Nizami stansiyasında qatarlardan birində problem yaranıb.

Bu barədə ans press-ə hadisə şahidləri məlumat verib.

Onların sözlərinə görə, təxminən 50 dəqiqə bundan əvvəl, yəni gecə 12 radələrində Nizami stansiyasında qatarlardan birində problem yaranıb. Sərnişinlər qatardan təxliyyə edilib. Digər qatar isə bir müddət gəlməyib. Nəticədə sərnişinlər stansiyada qalıblar.

Sərnişinlərin sözlərinə görə, stansiyaya gələn ikinci qatarda da problem yaranıb və həmin qatar da geriyə qaytarılıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. N.Paşayev faktı təsdiqlədi. O, bildirdi ki, "Dərnəgül" istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yarandığına görə, həmin qatar depoya göndərilib.

"Nizami stansiyasında qatarlardan birində problem yarandı. Belə olan təqdirdə sərnişinlərin təhlükəsizliyi üçün qatar yoluna davam edə bilməzdi. Ona görə də qatar depoya göndərilib. Gecə saatlarında qatarlar arasında interval gündüz saatları ilə müqayisədə bir az çox olur. Digər qatarın gəlməsi ona görə də bir az vaxt aparıb. Bu isə sərnişinlərin narahatçılığına səbəb olub. Hazırda qatarların hərəkəti bərpa edilib", deyə Nəsimi Paşayev bildirdi.

Geri qayıt