DataLife Engine > Sosial > 65 000 manata avtomobil nömrəsi satışa çıxarıldı-

65 000 manata avtomobil nömrəsi satışa çıxarıldı-


14-02-2017, 16:59. Yerləşdirdi: sefa 65 000 manata avtomobil nömrəsi satışa çıxarıldı-
Azərbaycanın internet satış portallarından birində 65000 manata avtomobilin seriya nömrəsi satışa çıxarılıb.

Yerli internet portallarının birində 10-00-015 nömrəli dövlət qeydiyyat nişanının 65000 manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.

“Avtostop” verilişinin aparıcısı Tural Yusifov AzNews.az-a bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri də satılır.

“Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır.”

Tural Yusifovun sözlərinə görə, kiminsə öz avtomobilinin nömrəsini satması qanunsuzdur:

“Qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni satıram, belə bir şey qanunla qadağandır.”

Leyla Həsənova
Geri qayıt