DataLife Engine > Sosial > Çingiz Qurbanovun atası prezidentlə görüşdən danışdı

Çingiz Qurbanovun atası prezidentlə görüşdən danışdı


9-02-2017, 12:43. Yerləşdirdi: sefa Çingiz Qurbanovun atası prezidentlə görüşdən danışdı
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Xalqinfo.az xəbər verir ki, şəhid əsgərin atası Salman Qurbanov AzVision.az-a bildirib ki, prezident İlham Əliyev ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Çingiz Qurbanovun medalını ona təqdim edib.

Milli Qəhrəman atası bildirib ki, ölkə başçısı ilə görüşdə şəhid oğlunun qəhrəmanlıqlarından söhbət açılıb.

"Dövlət başçısı Çingiz Qurbanov kimi övlad böyütdüyümüz üçün bizə öz təşəkkürünü bildirdi"-deyə Salman Qurbanov vurğulayıb.



Xalqinfo.az

Geri qayıt