DataLife Engine > Sosial, GÜNDƏM > "Çingiz Mübarizin qəhrəmanlığını təkrar etmək istəyirdi` -

"Çingiz Mübarizin qəhrəmanlığını təkrar etmək istəyirdi` -


8-02-2017, 11:10. Yerləşdirdi: sefa "Çingiz Mübarizin qəhrəmanlığını təkrar etmək istəyirdi` -
“Çingiz Qurbanov ermənilərin canına qorxu salan əsgərlərimizdən biri olub. Ona fərdi qəhrəmanlığına Milli Qəhrəman adı verildi”

"Xalqinfo" bildirir ki, bunu AzVision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. General-leytenant bildirib ki, Çingiz Qurbanov Milli Qəhrəman adına layiq hərbçi olub.

“Çingiz Qurbanov çox vətənpərvər insan idi. Universitetdə təhsil aldığı illərdə Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib. O, həmişə Mübarizin qəhrəmanlığını təkrar etmək istəyirdi. Ermənilər də onun yüksək qəhrəmanlığına görə nəşini qaytarmaq istəmirdi. Həmçinin ötən gün məlumat getdi ki, Çingiz Qurbanovun nəşini qaytaran zaman erməni zabitin ürəyi gedib”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).

Geri qayıt