DataLife Engine > Sosial > Xırdalan, Hökməli və Saray bu gün işıqsız qalacaq

Xırdalan, Hökməli və Saray bu gün işıqsız qalacaq


12-01-2017, 14:46. Yerləşdirdi: sefa Xırdalan, Hökməli və Saray bu gün işıqsız qalacaq

Bu gün Xırdalan şəhərinin bir hissəsində, Hökməli və Saray qəsəbələrində enerji təchizatında saat 12.00-dan 15.00-a qədər qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, fasilələrə səbəb, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kv-luq “Hökməli” hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kv-luq “BQF” hava elektrik verilişi xəttində və 6 kv-luq “Saray №2” hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt