DataLife Engine > Sosial > Fransa hökuməti tapşırıq verib -

Fransa hökuməti tapşırıq verib -


4-01-2017, 23:52. Yerləşdirdi: sefa Fransa hökuməti tapşırıq verib -

Fransa hökuməti ölkənin cənub-qərbində ördək və qazların kütləvi öldürülməsi ilə bağlı tapşırıq verib.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi açıqlama verib. Buna səbəb isə quş qripi təhlükəsinin yayılmasının qarşısını almaqdır.

Nazirlik bəyan edib ki, dekabrın əvvəlindən bəri ölkənin təsərrüfat sahələrində 89 yüksək səviyyəli H5N8 quş qripi ocağı qeydə alınıb.

Reuters agentliyinin yazdığına görə, yanvarın 20-nə kimi regionda 1,3 milyon qaz, ümumilikdə isə 18 milyon quş öldürüləcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt