Sevimli ayaqqabını rahat geyinmək üçün bunları et
10-12-2016, 22:47. Yerləşdirdi: sefa
Bəzən çox bəyəndiyiniz ayaqqabını rahat olub-olmamasına baxmadan alırsınız. Bir dəfə geyindikdən sonra isə ayağınızı çox incitdiyini görür, onu kənara atmaq məcburiyyətində qalırsınız.
Xalqİnfo.az xarici mətbuata istinadən xəbər verir ki, ayağı çox incidən ayaqqabıların da çarəsi var. Onu rahat geyinmək üçün bunları edə bilərsiniz:
1. Yapışqan
Bu çox sadə və bilinən bir üsul kimi görünə bilər. Amma hündürdaban ayaqqabı geyinərkən ondan istifadə etmək heç də pis deyil. Belə ki, onu ayağınızın arxa hissəsinə yapışdırırsınız. Bu zaman nə qədər çox gəzsəniz də, ayaqqabı sizi incitməyəcək.
2. Uşaq kirşanı
Ayaqqabını geyinməzdən əvvəl içərisinə bir az uşaq kirşanı (prisıpka) tökün. Bu zaman ayağınız tərləməyəcək, ayaqqabıda sürüşməyəcək və sizi incitməyəcək.
3. Qalın corab və fen
Ayaqqabını qalın corabla geyinin. Feni yandirib ayağınızı sıxan hissəyə tutun. Ayaqqabı soyuyana kimi evdə onunla gəzin. Beləcə, dəri yumşalacaq və ayağınızı incitməyəcək.
4. Ətir
Ayağınızın ayaqqabı incidən yerinə diyircəkli ətirdən sürtün.
5. İçərisi su dolu sellofan
Sellofanın içinə su doldurub, ayaqqabının içinə qoyun. Gecə onu soyuducunun buz yerinə qoyub, səhərə kimi saxlayın. Səhər onun 1 ölçü böyüdüyünü görəcəksiniz.
Əlaqə üçün E-mail: xalqinfo@mail.ru
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az
Geri qayıt