DataLife Engine > Sosial, Din > "Din pərdəsi altında terror törətmək heç bir şeyə sığmır" -

"Din pərdəsi altında terror törətmək heç bir şeyə sığmır" -


10-12-2016, 19:02. Yerləşdirdi: sefa "Din pərdəsi altında terror törətmək heç bir şeyə sığmır" -

"Azərbaycanı gözü götürməyən qüvvələr var. Bu qüvvələr dindən istifadə edib dinə qarşı gedənlərdi".

"Xalqİnfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"İslam dini sülh dini ola-ola din pərdəsi altında terror hadisəsi törətmək heç bir şeyə sığmır. Necə ki, sərhədçinin işi sərhədi qorumaqdır, bizim də işimiz belə qüvvələrə qarşı mübarizə aparmaqdır. Xüsusən təbliğat işi aparıb gənclərimizi Vətəni, İslamı qorumağa sövq etməliyik. Bəzi adamlar gözləyir ki, fətva verilsin. Hamı öz boynuna düşəni qərar olmadan etməlidir" - deyə QMİ sədri qeyd edib.(Apa)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt