DataLife Engine > Sosial > Sürücülər üçün yeni cərimələr hazırlanır -

Sürücülər üçün yeni cərimələr hazırlanır -


7-12-2016, 01:38. Yerləşdirdi: sefa Sürücülər üçün yeni cərimələr hazırlanır -

Parkomat olan ərazilərin çoxunda ən çox rast gəlinən problem ya avtomobili qoyub düzgün ödəniş etməmək, ya da ümumiyyətlə ödəniş etmədən sutkalarla maşını orda saxlayıb getməklə bağlı olur. Artıq bu kimi halların yaranmasına zəmin yaradanlar cəzalandırılacaqlar.

Bununla bağlı millət vəkilləri yeni layihə hazırlayıblar. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Artıq cərimə məbləğləri də müəyyən edilib. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Bundan başqa, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin parklanma üsulunu pozana 10 manat cərimə tətbiq olunacaq.

Amma 24 saat ərzində park edilən ərazilər siyahısında bəzi istisnalar var. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xalqİnfo” xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir:




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt